Gecə ekstradisiya: Türk jurnalisti necə və nə üçün Ukraynadan çıxarıldı

Yusuf İnan Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhddə şübhəli bilinir, Türkiyə hakimiyyəti isə onun fəaliyyətlərini hərbi çevriliş təşkil etməkdə və prezident Rəcəb Ərdoğana qarşı fəaliyyət göstərməkdə ittiham olunan Fəthullah Gülənlə əlaqələndirir

Source:

Material

Hromadskoe

saytında dərc edilib.

Ukrayna Təhlükəsizlik Xidməti üzvləri 12 iyulda Nikolayevdə türkiyəli jurnalist Yusuf İnanı saxlayıblar. O, Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhddə şübhəli bilinir, Türkiyə hakimiyyəti isə onun fəaliyyətlərini hərbi çevriliş təşkil etməkdə və prezident Rəcəb Ərdoğana qarşı fəaliyyət göstərməkdə ittiham olunan Fəthullah Gülənlə əlaqələndirir.

Saxlandıqdan sonra İnan Türkiyəyə gətirilib. Onun tanışları və həyat yoldaşı deyirlər ki, Inan qanunsuz olaraq ekstradisiya olunub.

Onu Ukraynadan kim və niyə ekstradisiya edib – Hromadskoe araşdırıb.


Yusuf İnan kimdir?

İnanın həmkarı Yunus Erdoğdu 51 yaşındakı Yusuf İnanın blogger və jurnalist olduğunu deyib. 2015-ci ildə o, ukraynalı Katerina ilə evlənib, iki uşağı var. Ukraynada İnan qanuni əsaslarla yaşayıb, çünki Ukraynaya evlənib və orada yaşamaq icazəsi olub. Həyat yoldaşı ilə birlikdə kənddə yaşayırdılar, mal-qara ilə məşğul oldular, qoyun satırdılar. Onların həmçinin xeyriyyə fondu da olub.

Yusuf İnanın yazdıı saytlardan biri – türkiyəli news2023.com-dur. Onlar Türkiyə haqda xəbərləri işıqlandırır, eyni zamanda Rusiyanın propaqandist KİV-i olan Sputnikdən, bəzən də sol qanad Türkiyə qəzeti “Cumhuriyet”-dən sitatlar gətirir.

İnanın həbsinə onun həyat yoldaşı Katerina şahid olub:

“Mən səhər yeməyi bişirirdim, ərimsə qoyun otarırdı – o, qoyun-quzuyla məşğul olur. Və sonra mənə zəng edir ki, (biz isə adətən tərcüməçi vasitəsi ilə danışırıq), bura gəl, nəsə pis adamlar gəlib. Görürəm tarlada çoxlu adam var, qızım qaçır, iki nəfər tutur onu. Hətta vurublar da biraz” – Yekaterina danışır.

Onun sözlərinə görə, İnan əvvəlcə müvafiq sənəd göstərməyən və özlərini təqdim etməyən polis əməkdaşları tərəfindən saxlanılıb. Sonradan, UTX zabitləri gəlib, Inanı döyüb və Katerinanı isə saxlayıblar. Dediyinə görə, Yusufda döyülmə izləri qalıb.

Elə həmin gün Yusuf İnan saxlanılıb, məhkəmə baş tutub, sonra isə 60 gün təcridxanada saxlanılmalı idi. Yoldaşının sözlərinə görə, İzmir şəhərinin məhkəməsinin İnana qarşı verdiyi ittihamlar əsassızdır. Cinayət işində Fəthullah Gülənin FETÖ ictimai-siyasi hərəkatı təsvir edilsə də, İnanın Gülənlə əməkdaşlığının birbaşa sübutu yoxdur. Ukrayna prokurorluğu İnanın xasiyyətnaməsini istəyib. Ukrayna tərəfdən də, Türkiyə tərəfdən də cavablar müsbətdir.

İnan həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanaməktub yazıb. Ünvanladığı məktubda qeyd edib ki, hələ də “Ədalət və İnkişaf” partiyasının üzvüdür və üzvlərinin çoxu ilə yaxşı münasibəti var və Gülən tərəfindən Ərdoğanın fəaliyyətinə qarşı çıxa bilməzdi.

İnanın həyat yoldaşı, onun ümumiyyətlə nə zamansa Gülən hərəkatını dəstəklədiyini inkar edir.

“Özü heç nə yazmırdı, digər qaynaqlardan götürürdü. 18 ildir ki, jurnalist olaraq işləyir. Dövlət çevrilişi zamanı isə hər kəs kimi bu hadisələri işıqlandırıb. Elə, o dövrdə Türkiyəyə oğlumun toyuna gedib, sonra da Ukraynaya qayıdıb”, – Yekaterina danışır.

Türkiyəli blogger və jurnalist Yusuf İnan (solda) Kiyevdə. Foto: Hromadskoe-yə İnanın həyat yoldaşı Yekaterina tərəfindən verilib


Bundan sonra İnana nə olacaq?

Nikolaev məhkəməsində, daha əvvəl İnanın Ukraynada yaşayış icazəsinin ləğv edildiyi məlum olub. Beləliklə də, o, deportasiya edilə bilər. Ailə bu barədə məlumatlandırılmalı idi, ancaq həyat yoldaşının dediklərinə görə, belə məktub almayıblar, İnan özü isə artıq “etibarsız” yaşayış icazəsi üçün banka son günə qədər pul keçirib.

Məhkəmənin siyasi sığınacaq istəməsinə və hakimin 5 gün müddətində müraciət etməsi üçün verdiyi vaxta baxmayaraq, 15 iyul gecə İnan, həyat yoldaşı və vəkilindən xəbərsiz Türkiyəyə təhvil verildi. O, əvvəllər yaşadığı İzmirə aparılıb.

“Prokurorluq sifarişin yuxarıdan gəldiyini deyib. Kimdən – bilmirik. Həm də necə aparıldığını da bilmirik. Apellyasiya şikayəti verəcəyik. Ancaq Türkiyədə heç bir hüquqşünas bu işə girmək istəmir – onlar Ərdoğandan qorxurlar”, – Yekaterina deyir. Özü Ukrayanda qalmaq və ərini gözləmək qərarındadır.

İnanın həmkarı Yunus Erdoğdu Türkiyədəki həbsxanalarda məhbus sayının normadan çox olduğunu, bəzən isə yatmağa tapılmadığını deyir. O, hesab edir ki, İnana işgəncə də verə bilərlər.


Ukrayna hüquq-mühafizə orqanları, sərhədçilər və Jurnalistlər İttifaqı bunu necə şərh edir?

Mərkəzi orqanların heç biri, iki gündür ki, Hromadskoe-nin müraciətlərinə baxmayaraq, jurnalist Yusif İnanın həbsi və Türkiyəyə ekstradisiyasını rəsmi olaraq təsdiq etməyib.

Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan iyulun 17-də Baş Prokurorluğun İnanın ekstradisiyası ilə bağlı sənədləri aldığını, lakin “prokurorluğun bu məsələ ilə məşğul olmadığını” deyib. Növbəti gün Baş Prokurorluğun mətbuat katibi Andrey Lısenko deyib ki, UBP-da türklər haqqında heç bir məlumat yoxdur. Sarqanın haqqında danışdığı ekstradisiya sənədləri ilə bağlı soruşduqda, Lısenko “bunu xatırlamadığını” deyib. Təhlükəsizlik Xidməti həmçinin İnanın saxlanılması və ekstradisiyasını təsdiqləyə bilməyib, Ukrayna və Türkiyə səlahiyyətlilərinin əməkdaşlığı barədə isə heç bir məlumat yoxdur.

Nikolayev vilayətinin polis bölməsinin mətbuat xidmətindən bildirilib ki, saxlanma Kiyevin UTX tərəfindən həyata keçirilib. Dövlət Sərhəd Xidmətində Türkiyə vətəndaşının Ukraynadan çıxarılmasına dair heç bir məlumatı yoxdur.

Ukrayna Ədliyyə Nazirliyi İnanın ekstradisiyası ilə bağlı müraciət almayıb.

Həyat yoldaşı Katerina İnanın özəl Türkiyə təyyarəsi tərəfindən çıxarıldığını irəli sürüb. Hromadskoe-nin Türkiyədən bir özəl təyyarənin Ukrayna sərhəddini pozub pozmamasıyla bağlı sualına, UDSX nümayəndəsi Oleq Slobodyan belə məlumata malik olmadığını bildirib.

Ukrayna Milli Jurnalistlər İttifaqının sədri Sergey Tomilenko Hromadskoe-yə bildirib ki, ittifaq UTX-yə jurnalistin deportasiyasının şərtləri və İnanın günahsızlığını sübut etmək üçün imkanları barədə məlumatlandırmaq tələbi ilə müraciət edəcək.

Həm də UMJİ beynəlxalq tərəfdaşları, xüsusilə ATƏT-i mətbuat azadlığı məsələləri ilə bağlı məlumatlandıracaq və Avropa Jurnalistlər Federasiyasına xəbər verəcək.

Bugünlərdə Türkiyənin başqa bir vətəndaşı Salih Zeki İğit Türkiyəyə köçürülüb. Jurnalist Erdoğdunun sözlərinə görə, o, iyulun 11-də Odessa şəhərində saxlanılıb və artıq növbəti gün Türkiyədə olub. Erdoğdu deyir ki, həbs olunmadan əvvəl Sald Zeki, Türkiyənin kəşfiyyat nümayəndələri ilə görüşüb, lakin çox güman ki, kim olduqlarını bilməyib. Bundan başqa, Azərbaycanda bir nəfər saxlanılıb və Türkiyəyə təhvil verilib.

Gizli siyasi polis funksiyaları olan Türkiyənin Milli Kəşfiyyat Təşkilatı MİT (Milli İstihbarat Teşkilatı) adlanır. Məhz o, xaricdəki türk müxalifətçilərinin həbsi ilə də məşğul olur.

2016-cı ilin iyul ayında baş verən çevriliş cəhdindən sonra Türkiyə hakimiyyəti müxalifətə və Ankara tərəfindən hərbi çevrilişi təşkil etməkdə günahlandırılan Fetulah Gülənin hərəkatına yaxınlıqla ittiham olunanlara qarşı sərt tədbirlər görməyə başladı.

150 mindən çox dövlət məmuru işdən çıxarılıb, təxminən 50 min nəfər həbs olunub.

22 may tarixində Türkiyədə məhkəmə 104 keçmiş zabiti 2016-cı ildəki hərbi çevriliş cəhdində təqsirləndirərək ömürlük həbs cəzasına məhkum etdi.

52 şübhəli şəxsə qarşı məhkəmə daha az ağır cəzalar qəbul etdi: 21 nəfərə “prezidentə sui-qəsd etməyə kömək etməyə” görə 20 il həbs cəzası verildi və 31 nəfər “terror təşkilatı üzvü olmaq” maddəsiylə 7 ildən 11 ilə qədər həbs edildi.

Daha əvvəl Türkiyədə 14 jurnalist 2-10 il həbs cəzasına məhkum edilmişdi.

Ana səhifəXəbərlərGecə ekstradisiya: Türk jurnalisti necə və nə üçün Ukraynadan çıxarıldı