“Garant Holding”: Anar Məmmədov işə çıxmır

Nazir oğlunun da istintaq orqanlarına cəlb olunduğu bildirilir

Source:


Nazir oğlunun da istintaq orqanlarına cəlb olunduğu bildirilir

Modern.az-ın əməkdaşı Anar Məmmədovun təsisçisi olduğu “Garant Holding”lə əlaqə saxlasa da, şirkətlər qrupunun zənglərə cavab verən xanım işçisi onun işə gəlmədiyini bildirib.

“Garant Holding” şirkətlər qrupunun hüquqşünası Ruslan Məmmədov da işdə olmasına baxmayaraq, zənglərə cavab verməyib: “Tərəfimizdən dəfələrlə edilən zənglərə şirkət rəsmilərindən biri “Ruslan müəllim nahar fasiləsindən qayıtmayıb” cavabını verib. Halbuki, Ruslan Məmmədov bundan öncə mətbuata açıq şəxslərdən biri olub”.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilib ki, oktyabrın 11-də Aynar Məmmədova məxsus “Nar” kafesində polis əməkdaşları tərəfindən qanunsuz mərc oyunlarına qarşı mübarizə tədbiri keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.

Ana səhifəXəbərlər“Garant Holding”: Anar Məmmədov işə çıxmır