”Galendewagen”lə yarışan avtomobilin sürücüsü həbs olundu

Qəzaya səbəb olan digər sürücü həbs olundu

Source:
Mirməhəmməd İsmayılov
Mirməhəmməd İsmayılov


Qəzaya səbəb olan digər sürücü həbs olundu

Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl “Galendewagen” markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov Nərimanov Rayon Məhkəməsinə aparılıb.

Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib, məlumatı Report.az yayıb.

“Maqa” ləqəbi ilə tanınan M.İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. M.İsmayılovun qardaşının Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində çalışdığı bildirilir.

Avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ana səhifəXəbərlər”Galendewagen”lə yarışan avtomobilin sürücüsü həbs olundu