Füzulinin işğal günü anıldı

23 avqust Füzuli rayonun işğal günüdür. Tarixçi alim Nazim Vəlişov Füzulidən olan döyüş iştirakçıları və ziyalılarını bir yerə yığaraq, şəhidlər xiyabanını ziyarət ediblər.

“Biz hər il bu gün bura gəlib şəhidlərimizi ziyarət edirik. Mən bu dəfə 50- ə yaxın adam dəvət etmişdim. Bəziləri üzrlü səbəblərdən gələ bilməsə də, bir çoxumuz burdayıq”- deyə Nazim Vəlişov vurğulayıb.

Tarixçi ziyarət zamanı şəhidlər və hadisələr haqqında məlumat verib: “Füzulinin ilk milli qəhrəmanı Məmmədov Seymur Qəhrəman oğlu olub. Bu adı ona Əbülfəz Elçibəy vermişdi. Bizim daha bir şəhidimiz də var ki, əslən Füzulidən deyil. Amma özü həmişə deyirdi ki, mən şəhid olsam, məni Füzuli şəhidi kimi yazın. Və elə də oldu. O, Rasim İbrahimov Səxavət oğlu idi”.

Tədbirdə çıxış edən “Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri İradə Abbas deyib ki, biz torpaglari bu halla, bu münvalla azad edə bilməyəcəyik: “Hamı baxıb görür ki, işğal günü tədbirində üç cüt, bir tək adam var. Prezident də fikirləşir ki, mən kimə arxalanacam? Kim var mənim arxamda? Biz varıq İlham Əliyevin arxasında bu qədər az kütləylə?”

Ana səhifəVideoFüzulinin işğal günü anıldı