İcra Hakimiyyəti etirazçılara vəd verib
Bala Bəhmənli kənd sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, hazırda aksiya səngiyib. Rayon rəhbərliyinin vədindən sonra etirazçıların bir hissəsi dağılışıb. Aksiyaçılara vəd verilib ki, yanvarın 15-də İcra Hakimiyyətində onlarla görüş keçiriləcək və tələbləri nəzərə alınacaq.
Bununla belə, etirazçılar ərazini tam boşaltmayacaqlarını deyirlər.
***
Aksiyaçıların mərkəzi yolu bağladığı bildirilir
Yanvarın 13-də səhər saatlarında Füzuli rayonunun Bala Bəhmənli kəndində qiymətlərin qalxmasına etiraz olaraq aksiya keçirilib. Kənd sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, aksiyaya Əhmədbəyli və Mahmudlu kəndlərindən qoşulublar. Aksiyada 1000-ə yaxın adamın iştirak etdiyi bildirilir.
Etirazçıların mərkəzi yolu bağladığı bildirilir.