Xəstəxanaya yerləşdirilənlərdən biri də polis bölməsinin rəisidir
Füzulidə yol polisinə məxsus avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilir ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes-Benz” və İlqar Hümbətovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillər toqquşub.
Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.
Qəzaya düşən “Mercedes”lərdən birini, yəni DYP-yə məxsus xidməti avtomobili idarə edən şəxsin Şuşa Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi İlqar Hümbətov olduğu, hazırda xəstəxanaya yerləşdiyi bildirilir.
Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.