Füzuli istiqamətində atışma: Ölən və yaralanan var

Alxanlı kəndinin 2 sakini həlak olub

Source:

Alxanlı kəndinin iki sakini həlak olub

İyulun 4-də saat 20 radələrində Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub. Nəticədə iki kənd sakini – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, kənd 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Nazirliyin məlumatında bildirilir ki, qarşı tərəf cavab atəşi ilə susdurulub. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, artilleriya qurğularından açılan atəş nəticəsində kənddəki evlərdən bir neçəsinə ziyan dəyib.

Ana səhifəXəbərlərFüzuli istiqamətində atışma: Ölən və yaralanan var