Füzuli hadisələri ilə bağlı iki polis əməkdaşı tutulub (yenilənib)

Onlar ötən gün həbs edilən Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyevin kürəkənləridir

Source:


Onlar ötən gün həbs edilən Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyevin kürəkənləridir

——————————————————————————————————————————-


Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya Füzuli hadisələri ilə bağlı iki polis əməkdaşının həbs edilməsi barədə yayılan məlumatların isə doğru olmadığını qeyd edib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, tutulan polis işçiləri – Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı Samir Məhərrəm oğlu Səfərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin Vidadi oğlu İsmayılovdur.

Onlar ötən gün həbs edilən Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyevin kürəkənləridir.

Adıçəkilən şəxslərin hamısı yanvarın 13-də Füzuli rayonunda baş verən hadisələrlə bağlı tutulublar.

Son günlər Füzuli, Siyəzən və digər rayonlarda keçirilən aksilayarla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb, 60-a yaxın şəxs saxlanılıb.

Ana səhifəXəbərlərFüzuli hadisələri ilə bağlı iki polis əməkdaşı tutulub (yenilənib)