“Futbol dünyası” qəzeti bağlanır

Səbəb kimi AFFA-da yaşanan maliyyə böhranı göstərilir

Source:


Səbəb kimi AFFA-da yaşanan maliyyə böhranı göstərilir

AFFA-nın rəsmi qəzeti olan “Futbol dünyası” bağlanır. Buna səbəb qurumun maliyyə böhranı yaşamasıdır. Faktı “Futbol+” qəzetinə “Futbol dünyası”nın baş redaktoru, AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu təsdiqləyib:

“2016-cı ildən qəzet daha dərc olunmayacaq. Futbolun təbliği üçün sosial şəbəkələrdən – “facebook” və “tvitter”dən istifadə edəcəyik. “Futbol dünyası” sayt formasında da fəaliyyət göstərməyəcək”.

AFFA “Futbol dünyası”na hər il 230 min manat vəsait ayırırdı. Bu məsələ mütəmadi idman mediasında tənqid olunurdu. Səbəb kimi bu qəzetin varlığından geniş futbol ictimaiyyətinin xəbərsiz olması göstərilirdi.

AFFA-nın yeni yaradılan “CBC sport” telekanalına da külli miqdarda vəsait ayırdığı iddia olunur. Lakin qurum bununla bağlı hər hansı rəsmi məlumat açıqlamır.

Ana səhifəXəbərlər“Futbol dünyası” qəzeti bağlanır