23.36. Nəsimi rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi.
22.57. F.Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur öz Facebook səhifəsində yazır: “Türkiyədə konferansdayam. Fuadı qızlarımın gözü qarşısında məktəbdən evə dönərkən həyətdə həbs ediblər. İndi də mənim iştirakım olmadan evdə axtarış etmək istəyirlər. Burdan bəyan edirəm ki, evdə heç bir şey yoxdur, silah, narkotik maddə, hər hansı bir qanunsuz nəsə və s. amma yəqin ki, nəsə qoyub bunu da əsas götürəcəklər. Mən evdə olmadğımdan yəqin ki indi həyətə nələrsə yerləşdirirlər. Evin açarlarınısa qohumlardan tələb edirlər”.
22.22. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı CM-nin 281.1- Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə, 283.2.1 dini, irqi, sosiyal,nifrət aşılayan çağırışlar etmə maddələri ilə təqsirləndirilir. Onu Nəsimi Rayon Məhkəməsinə aparıblar.
Dekabrın 8-də günortadan sonra Fuad Qəhrəmanlı evdən polis tərəfindən həbs olunub.
Bu barədə onun həyat yoldaşı Zümrüd Yağmur Facebook səhifəsində məlumat yaylb: “Artıq saatlardır ki, heç bir xəbər ala bilmirəm. Telefonu bağlıdır. Bu xəbəri də ona görə yazmıram ki, qorxuram.Yox. Sədəcə bilmənizi istədim.Davam edir 37-di”.
Hazırda Fuad Qəhrəmanlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsindədir.
İctimai fəal Üzeyir Məmmədlinin yaydığı məlumata görə, muüstəntiq Pərviz İbayev vəkil Fəxrəddin Mehdiyevə zəng edərək, onu idarəyə çağırıb: “Çox güman ki, Fuad Qəhrəmanlıya cinayət işi açılacaq”.