Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 220.2 281.2 və 283.2.1 maddələriylə ittiham olunur
Həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti yenidən artırılıb.
Bu barədə Meydan TV-yə vəkil Yalçın İmanov məlumat verib.
Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsində istintaq orqanını verdiyi vəsatətə əsasən F.Qəhrəmanlının barəsindəki həbs qətimkan tədbiri daha 1 ay uzadılıb.
Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 220.2 281.2 və 283.2.1 maddələriylə ittiham olunur.
Beynəlxalq Amnistiya Təşkilatı F.Qəhrəmanlını “vicdan məhbusu” elan edib.