Fuad Qəhrəmanlı və daha iki cəbhəçi həbs olundu

Onların haqqında qərarı Nərimanov Rayon Məhkəməsi çıxarıb.

Source: Meydan TV


Son 20 gündə həbs olunan cəbhəçilərin sayı 33 nəfərə çatıb

Oktyabrın 31-də daha üç nəfər AXCP funksioneri həbs olunub. Bu barədə Meydan TV-yə partiyadan bildirilib.

Məlumata görə, Fuad Qəhrəmanlı və Aydın İsalının hər birinə 30 sutka inzibati həbs cəzası verilib. Onların haqqında qərarı Nərimanov Rayon Məhkəməsi çıxarıb.

Cavid İbrahimov isə Suraxanı Rayon Məhkəməsinin qərarıyla 30 sutka inzibati həbsə göndərilib.

“Beləliklə, son 20 gündə həbs olunan cəbhəçilərin sayı 33 nəfərə çatıb. Onların bir qisminin cəzası başa çatıb və azadlığa çıxıb”, – deyə AXCP-dən bildirilib.

Həbs olunan cəbhəçilərə qarşı əsasən, xırda xuliqanlıq, polisin qanuni tələbinə tabe olmama kimi ittihamlar irəli sürülüb.

Ana səhifəSiyasətFuad Qəhrəmanlı və daha iki cəbhəçi həbs olundu