Fuad Qəhrəmanlı barəsində həbs qərarının dəyişdirilməsi vəsatətinə baxılıb

Hakim bildirib ki, bu məsələ məhkəmənin sədri tərəfindən aydınlaşdırılmalıdır

Source:


Hakim bildirib ki, bu məsələ məhkəmənin sədri tərəfindən aydınlaşdırılmalıdır

Nəsimi rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatət üzrə məhkəmə prosesi keçirilib.

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi prosesdə müdafiə tərəfi hakimə etirazla bağlı vəsatət veriblər. N. Kərimli bildirib ki, Fuad Qəhrəmanlının barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərarı Şəlalə Həsənova verib. Buna görə prosesə sədrlik edən hakim dəyişdirilməlidir. Hakim isə bildirib ki, bu məsələ məhkəmənin sədri tərəfindən aydınlaşdırılmalıdır. Buna görə proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

F. Qəhrəmanlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq həbs edilib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlı barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərFuad Qəhrəmanlı barəsində həbs qərarının dəyişdirilməsi vəsatətinə baxılıb