Fuad Poladova xərçəng diaqnozu qoyulub

”Səs tellərimdəki problem də bu xəstəliklə bağlı olub”

Source:


”Səs tellərimdəki problem də bu xəstəliklə bağlı olub”

Azərbaycanın Xalq artisti Fuad Poladovda ağciyər xərçəngi aşkarlanıb. Bu barədə APA-ya Milli Onkologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, xalq artisti iyulun 12-də Milli Onkologiya Mərkəzində qeydiyyata alınıb: “Fuad Poladov sonuncu dəfə avqustun 30-da I Kimyaterapiya Şöbəsində yataq şəraitində müalicə alıb”.

Aktyorun özü də bunu təsdiqləyib. Onun sözlərinə görə diaqnoz 3 ay əvvəl qoyulub və hazırda mərkəzdə müalicə alır:

“Səs tellərimdəki problem də bu xəstəliklə bağlı olub”.

F.Poladov xaricdə müalicə almaq istəmir:

“Ümid edirəm ki, tezliklə sağalacağam. Xarici ölkədə müalicə almaq fikrim yoxdur. Çünki mənə dedilər ki, dünyanın ən gözəl həkimləri və avadanlıqları bizim Milli Onkologiya Mərkəzində var. Öz həkimlərimizə inanıram”.

F.Poladov ötən ilin oktyabrında aktyor Hikmət Rəhimovun teatrdan istefasına etiraz olaraq Akademik Milli Dram Teatrını tərk edib. O, hazırda Rus Dram Teatrının aktyorudur. 28 oktyabr 2016-cı ildə aktyorun iştirakı ilə Akademik Milli Dram Teatrın səhnəsində  son dəfə “Müsyo İbrahim və Quran çiçəyi” tamaşası göstərilib. Teatrda anşlaq yaşanıb.

Ana səhifəXəbərlərFuad Poladova xərçəng diaqnozu qoyulub