Vəkil ümüd edir ki, yaxın zamanlarda Fuad Əhmədli ailəsinə qovuşacaq
Uzunmüddətli səylərdən sonra nəhayət ki, 2 aylıq qadağa aradan qaldırıldı və Fuad Əhmədli oktyabrın 28-də valideynləri ilə görüşdü.
Bu fikirləri vəkil Əsabəli Mustafayev öz “Facebook” səhifəsində məlumat paylaşıb.
Vəkil ümüd edir ki, yaxın zamanlarda Fuad Əhmədli ailəsinə qovuşacaq.
F. Əhmədli avqustun 18-də saxlanıb. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Bu həbslə əlaqədar DTX və Baş Prokurorluq birgə məlumat yaymışdılar. Məlumatda qeyd edilirdi ki, “Azerfon” MMC-də “Zənglər mərkəzi “ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları və antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb. İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD disklər, Fethullah Gülen-in çıxışları , “Hizmet imam”ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.
Fuad Əhmədlinin yaxınları isə evdən Fethullah Gülen-ə aid kitab və sənədlərin götürülməsi barədə deyilənlərin yalan olduğunu bildirir.
AXCP isə bəyan edib ki, Fuad Əhmədliyə irəli sürülən ittihamlar yalan və quramadır.