”Fuad Əhmədli ilə bağlı istintaq hərəkəti aparılmır”

Vəkil: “Vəsatətlərimizə cavab verilmir”

Source:


Vəkil: “Vəsatətlərimizə cavab verilmir”

AXCP fəalı Fuad Əhmədlinin səhhətinin pisləşməsi ilə bağlı vəkili Əsabəli Mustafayevin vəsatətinə cavab verilmir. Vəsatət Fuad Əhmədlinin səhhətinin pis olması ilə bağlı tibbi ekspertiza keçirilməsi və onun həbsdə saxlanmasının mümkünsüz olması barədədir.

“Turan” yazır ki, ağ ciyər xəstəliyindən əziyyət çəkən Əhmədlinin səhhətində ciddi problemlər var.

Vəkil bildirir ki, istintaq Əhmədlinin ailə üzvlərindən götürülmüş pensiya kartlarının, kompüterin və digər əşyaların qaytarılması haqqında vəsatətə də baxmayıb:

“Həbs müddətinin uzadılmasına baxmayaraq, heç bir istintaq hərəkəti aparılmır. Həbs qətimkan tədbiri istintaq hərəkətlərilə bağlı martın 12-nə kimi olmaqla iki ay müddətinə uzadılıb. Artıq bir ay keçib. Nə istintaq hərəkətləri var, nə müstəntiqin səsini eşdirik. Bu nə istintaq, nə də həbs müddətinin uzadılması deyil. Bu, cəzadır”, – deyə Mustafayev bildirib.

AXCP fəalı Fuad Əhmədli 2016-cı il avqustun 18-də əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs olunub.

Baş Prokurorluğun və Dövlət Təhlükəsizlik Xidmətinin birgə bəyanatında “Azərfon” MMC-nin “Zəng mərkəzi”ndə operator işləyən Əhmədli gizli məlumatların xususi şəxslərə ötürülməsində ittiham olunub.

Əhmədli həmçinin Türkiyədə dövlət çevrilişi hazırlamaqda ittiham olunan ilahiyyatçı Fətullah Gülənin şəbəkəsi ilə əlaqəsi olan şəxs adlandırılıb.

Amma Əhmədli bütün bu ittihamları təkzib edir, həbsinin AXCP sıralarında müxalifət fəaliyyəti ilə bağlıdır.

Hüquq-mühafizə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Ana səhifəXəbərlər”Fuad Əhmədli ilə bağlı istintaq hərəkəti aparılmır”