Fuad Ağayevi İlqar Məmmədovla görüşə buraxmadılar

”Vəkilə belə bir icazənin verilməməsi qanunsuz olmaqla bərabər, İlqar Məmmədova növbəti təzyiq vasitəsidir”

Source:
Fuad Ağayev


”Vəkilə belə bir icazənin verilməməsi qanunsuz olmaqla bərabər, İlqar Məmmədova növbəti təzyiq vasitəsidir”

Martın 7-də vəkil Fuad Ağayevi 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan ReAL-ın rəhbəri İlqar Məmmədovun yanına buraxmayıblar. Səbəb kimi Fuad Ağayevin 2016-cı il üçün görüşlə bağlı məktubunun olmadığını göstəriblər.

Bu barədə ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli öz Facebook səhifəsində məlumat paylaşıb.

Natiq Cəfərli bildirib ki, Fuad Ağayev bu il bir neçə dəfə İlqar Məmmədovla görüşüb: “Vəkilə belə bir icazənin verilməməsi qanunsuz olmaqla bərabər, İlqar Məmmədova növbəti təzyiq vasitəsidir”.

Meydan TV baş verən olayla bağlı Fuad Ağayevlə əlaqə saxlayıb.

Vəkil bildirib ki, qanunvericilikdə Pentinsiar Xidmətdən görüş üçün izacə verilməsi nəzərdə tutulmayıb. İkincisi İlqar Məmmədov Cəzaçəkmə Müəssisinə köçürüləndə məktub verilib: “Nəhayət, bu il bir neçə dəfə Məmmədovla görüşmüşəm”.

2013-cü il İsmayıllı hadisələrinə görə saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərFuad Ağayevi İlqar Məmmədovla görüşə buraxmadılar