Fuad Ağayev: ”Mən təsadüflərə o qədər də inanmıram”

”Gərək uğurlardan başımız gicəllənməsin və ayıq olaq”

Source:


”Gərək uğurlardan başımız gicəllənməsin və ayıq olaq”

Vəkil Fuad Ağayev Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda uğurlu əməliyyatları və sonrakı atəşkəs fonunda 3 məsələyə diqqət yönəltməyi vacib hesab edir.

Vəkil bu barədə öz Facebook səhifəsində yazıb.

Fuad Ağayev ilk növbədə Rusiya kütləvi informasiya vasitələrinin döyüşlərin necə işıqlandırılmasına nəzər yetirilməsini vacib sayır: “Rusiyanın 3 federal telekanalının (1-ci kanal, “Rossiya” və “NTV”) Prezident Administrasiyasından nə dərəcədə asılı olması bizə yaxşı məlumdur. Ona görə də Azərbaycan əleyhinə verilişlərin yayımlanmasının redaksiyaların təşəbbüsləri ilə həyata keçirilməsi fikri inandırıcı deyildir. İkincisi, aprelin 4-də Dağıstanda Rusiyanın Cənub Hərbi Dairəsinin həyəcan siqnalı ilə qaldırılmış motoatıcı briqadasının bölmələri təlimlərə başladı. Təlimlərdə şərti düşmənə artilleriya bölmələri tərəfindən zərbələr endirilməsi və pilotsuz uçan aparatlar komplekslərinin əlaqələndirilməsinə xüsusi diqqət yetirilir. Bundan başqa, “Qrad” reaktiv sistemi, “Qvozdika” qaubitsaları, başqa texnika və silahlardan istifadə edilməsi nəzərdə tutulur. Bu təlimlərin məhz Qarabağda qızğın döyüşlər gedən zaman başlaması nə dərəcədə təsadüfdür? Açığı mən təsadüflərə o qədər də inanmıram. Amma 2008-ci ildə Gürcüstanda baş verənləri, Dağıstanın Azərbaycanla qonşu olmasını nəzərə alanda, güc nümayişi olmasına inanıram. Üçüncüsü, Naxçıvanda atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması halları onu göstərir ki, qarşı tərəf və bəlkə onun əsas havadarı sonradan Azərbaycanı artıq bilavasitə Ermənistan ərazisinə atəş açmaqda günahlandırmaq istəyir ki, ODKB – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya qoşunlarının ölkəmizə qarşı hərbi əməliyyatlar aparması üçün bəhanə əldə etsin”.

Vəkil düşünür ki, Ermənistan tərəfindən də oxşar təxribatlar sərhədyanı başqa bölgələrdə ola bilər: “Ona görə gərək uğurlardan başımız gicəllənməsin və ayıq olaq”.

Ana səhifəXəbərlərFuad Ağayev: ”Mən təsadüflərə o qədər də inanmıram”