Fuad Abbasov

Mənbə: meydan tv

Başlıq: Fuad Abbasov

Fuad Abbasovun Rusiyadan deportasiya ediləcəyi tarix məlum olub

Jurnalist üçün Bakıya təyyarə bileti alınıb

Azərbaycanlı jurnalist Fuad Abbasovun Bakıya göndərilməsindən ötrü üçün ona mayın 31əi təyyarəyə bilet alınıb.

Məlumatı “Report”a Fuad Abbasovun hüquqlarını müdafiə komitəsinin üzvü, “Azərbaycan” cəmiyyətinin sədri Oqtay Hüseynov bildirib.

O, bildirib ki, Fuad Abbasovun deportasiya edilməsi ilə bağlı Ximki Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib. Bu şikayətlə bağlı məktub sabaha qədər təcridxanaya daxil olmasa, Fuad Abbasov mayın 31-də Bakıya göndəriləcək.

Fuad Abbasov mayın 18-də Moskvada saxlanılıb.

Fuad Abbasov Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır və burada fəaliyyət göstərir. Onun Rusiyadan deportasiya edilməsini buradakı bir neçə azərbaycanlı icması tələb edib. Bu tələblə məhkəməyə də müraciət ediblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yu5l5b

Ən çox baxılan