FSE: Bakıda keçiriləcək UEFA-2019 ilə bağlı ciddi narahatlıqlar var

Avropa Futbol Tərəfkeşləri UEFA və Azərbaycan hakimiyyətinə çağırış edə bilər

Source: UEFA


Avropa Futbol Tərəfkeşləri UEFA və Azərbaycan hakimiyyətinə çağırış edə bilər

Avropa Futbol Tərəfkeşləri (FSE) martın 27-də Bakıda keçiriləcək UEFA finalı üçün şərait və bilet satışı ilə bağlı bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, fevral ayının ortalarında Avropa Futbol Tərəfkeşləri (FSE) təmsilçiləri bu mövsüm UEFA Avropa Liqasının (UAL) finalının keçiriləcəyi Bakını ziyarət ediblər. Səfərin məqsədi şəhərin Olimpiya stadionuna xüsusi diqqət yetirməklə hazırlıq işlərini qiymətləndirmək olub. UEFA nümayəndələri və Azərbaycan rəsmiləri ilə standard görüşlərdən əlavə, FSE yerli tərəfdar qruplar, insan hüquqları müdafiəçiləri və jurnalistlərə müraciət edib.

Final oyunu 29 May, çərşənbə günü, yerli vaxtla saat 23:00-da keçiriləcək.

“Bakı öz ziyarətçilərinə çox şey vəd etsə də, UEFA-2019 finalı çətin mühitdə keçiriləcək və FSE-nin növbəti aylarda açıqlanacağına ümid etdiyimiz ciddi narahatlıqları var. Dünən UEFA tərəfindən açıqlandığı kimi biletlərin ümumi satışa çıxarılması bu narahatlıqlara əlavədir,”- deyə bəyanatda qeyd olunur.


SİYASİ MÜHİT

Sənəd müəllifləri bildirirlər ki, siyasi vəziyyət çətinləşir. Belə ki, “Human Rights Watch” təşkilatının məlumatına görə Azərbaycan hökuməti tənqidçilərə və müxalif səslərə qarşı təzyiq göstərir. Bu, müstəqil fəaliyyətin, tənqidi jurnalistikanın və müxalif siyasi fəaliyyətin faktiki olaraq məhv edilməsinə səbəb olan mühit yaradıb. Həmçinin, LGBT hüquqları mövzusuna gəldikdə “ILGA-Rainbow” təşkilatının İndeksinə görə Azərbaycan homoseksual və transseksual vətəndaşların yaşaması üçün Avropanın ən pis dövləti hesab olunur.


AZARKEŞLƏRİN HÜQUQLARI

Bundan əlavə, FSE hesab edir ki, futbol azarkeşləri hakimiyyət tərəfindən hədəf alınıb:

“Məsələn, piroteknik materialların istifadəsi səkkiz həftəyədək inzibati həbs cəzasına gətirib çıxara bilər. Kənardan müşahidə edənlərin də dərhal görəcəyi kimi bu repressiv ab-hava polisin sərt müdaxiləsi ilə daha da mürəkkəbləşir. Bunu da qeyd etmək vacibdir ki, xarici azarkeşlər üçün saxlanılma və ya həbs cəzası məhdud bir riskdir. Onlar kiçik bir cinayət ehtimalında deportasiya edilə bilər”.


VİZA TƏLƏBLƏRİ

Bəyanatda VİZA məsələsinə də toxunulub:

“UEFA regionundan olan bir çox ölkənin vətəndaşları Azərbaycana səfər etmək üçün vizaya müraciət etməlidir. Ərizələr onlayn rejimdə təqdim edilməlidir və tezləşdirmə prosesi (3 saata qədər) üçün ən azı 50 dollar ödəmək lazımdır. Viza müraciəti zamanı şəxsdən məcburi HIV testinin nəticəsi tələb edilir. Ərizənin qəbulunun bu əsasa görə imtina edilib-edilməyəcəyi qeyri-müəyyən olsa da, bu qanun Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığına uyğun olaraq tənzimlənən və dövlət orqanları tərəfindən qorunan, qanunla və ya praktikada hər hansı bir sahədə ayrı-seçkiliyi qadağan edən qanuna əsasən bərabər müdafiə hüququnu pozur. Bunlara səyahət qaydaları, giriş tələbləri, immiqrasiya və sığınacaq prosedurları daxildir. 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası HİV və AİDS üzrə Siyasi Bəyannamə hazırlamışdır. Bu bəyannamə xüsusilə üzv ölkələri HİV-ə bağlı bütün səyahət məhdudiyyətlərini aradan qaldırmağa təşviq edir”.


UEFA-nın BİLET SİYASƏTİ

Nəhayət, final üçün bilet siyasətinə dair bugünkü bəyanatda həm finalçıların yerləşdirilməsi, həm də xüsusilə Azərbaycan konteksti ilə bağlı suallar yaranır. Ümumi həcmin 58% -ni təşkil edən 37.500 açıq bilet ayrılsa da, FSE iki finalist komanda azarkeşləri üçün ayrılan biletlərin sayının olduqca az olacağından qorxur. FSE nümayəndəsi Martin Endemann məsələni belə şərh edib: "Bakıya səfərin vaxt və pul tələb edəcəyini etiraf etsək də, azarkeşlər nə olursa-olsun səyahət edəcəklər. UEFA nəzərə almalıdır ki, finalçı komandanın azarkeşlərinin Azərbaycana səfər etməsi geniş ictimaiyyət üçün çətindir".

Ölkəyə giriş əsasən, Rusiya və Türkiyə ilə bağlı olan üç beynəlxalq hava limanı (Bakı, Gəncə və Qəbələ) ilə məhdudlaşır. "Ümumi ictimaiyyət üçün təqdim edilən biletlərin yüksək nisbətini və Bakıya səfər etməyin çətinliyini nəzərə alaraq, FSE-nin təşkilatçılarının stadionu doldurmaq üçün yerli azarkeşlərə güvəndiyini başa düşürük," – deyə Endemann əlavə edib.

“Bu, bu gün elan edilən bilet qiymətləri nəzərə alaraq çətin ola bilər. 30 avrodan başlayan biletlərin qiyməti səyahət edən azarkeşlər üçün olduqca əlverişli olsa da, orta aylıq əmək haqqının 220 avro (minimum əmək haqqı: 70 avro) olduğu bir şəhərdə yerli futbolsevərlərin əksəriyyəti üçün əl çatmaz olacaq. Dövlət məmurlarını səfərbər edən və ya digər qrupları ictimai tədbirlərdə iştirak etməyə məcbur edən bir ölkədə bu bilet siyasəti ciddi istismar riski daşıyır,”- bəyanatda vurğulanır.

FSE xüsusilə, 2012-ci il “Eurovision” mahnı müsabiqəsində və 2016-cı il Yeni İl ərəfəsində Olimpiya Stadionunda baş tutan konsertdə olduğu kimi məcburi bilet satışı olmasından narahatlıq duyur.

“Bu çətinliklər nəzərə alınmaqla, FSE bu narahatlıqları qəbul etməsi və finalda iştirak edən bütün azarkeşlərin təhlükəsizliyinə, əsasən vətəndaş hüquqlarına zəmanət verməsi üçün UEFA-ya və Azərbaycan hakimiyyətinə çağırış edə bilər. Əlavə olaraq UEFA-nın yuxarıda göstərilən çətinliklərə diqqət çəkəcəyinə ümid edirik,” – deyə bəyanatın sonunda qeyd olunur.

Ana səhifəXəbərlərFSE: Bakıda keçiriləcək UEFA-2019 ilə bağlı ciddi narahatlıqlar var