“Freedom House”: Tofiq Yaqubluya qarşı ittihamlar geri götürülməlidir

“Freedom House” hesab edir ki, Tofiq Yaqublunun işi hökumət tənqidçilərinə qarşı gücləndirilmiş bir təzyiqin və hakimiyyətin söz azadlığına, qanunun aliliyinə açıq şəkildə məhəl qoymadığının göstəricisidir.

Source: Meydan.TV


Təşkilat müxalif fəalın həbsi ilə bağlı bəyanat yayıb

“Freedom House” beynəlxalq insan haqları müdafiə təşkilatı 4.3 il azadlıqdan məhrum edilən Tofiq Yaqubluya qarşı ittihamların götürülməsini istəyir.

Bu barədə “Freedom House”un Avropa və Avrasiya üzrə proqram direktor Mark Berendtin yaydığı bəyanatda bildirilib.

“Turan” İA Mark Berendtin açıqlamasını sentyabrın 4-də yayıb.

Qeyd olunub ki, Tofiq Yaqublunun və siyasi motivli ittihamlarla həbs olunan digər onlarla vətəndaş sərbəst buraxılmalı və onlara qarşı ittihamlar ləğv edilməlidir.

“Freedom House” hesab edir ki, Tofiq Yaqublunun işi hökumət tənqidçilərinə qarşı gücləndirilmiş bir təzyiqin və hakimiyyətin söz azadlığına, qanunun aliliyinə açıq şəkildə məhəl qoymadığının göstəricisidir.

Mark-Berendt.jpg
Mark Berendt

“Azərbaycan hakimiyyəti COVİD-19 pandemiyasından və bununla əlaqəli məhdudiyyətlərdən müxalifləri susdurmaq və təqib etmək üçün bir fürsət kimi açıq şəkildə istifadə edir. Yaqublu və siyasi motivli ittihamlarla həbs olunan digər onlarla vətəndaş sərbəst buraxılmalı və onlara qarşı ittihamlar ləğv edilməlidir”- deyə “Freedom House”un Avropa və Avrasiya üzrə proqram direktor Mark Berendt bildirib.

Onun açıqlamasında Azərbaycan “Qeyri-azad ölkə” reytinqinə malikdir və möhkəmlənmiş avtoritar rejim kimi təsnif edilir.

Sentyabrın 3-də "Human Rights Watch" və "Amnesty International" təşkilatları da Tofiq Yaqublunun azadlıqlan məhrum edilməsi haqqında bəyanat yayıblar.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində siyasi fəal Tofiq Yaqublunun işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Məhkəmədə Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya hökm oxunub.

Tofiq Yaqublu 3-cü gündür “ölüm aclığı” keçirir.

Ana səhifəSiyasət“Freedom House”: Tofiq Yaqubluya qarşı ittihamlar geri götürülməlidir