Freedom House: Hökumət vətəndaşlarının təməl hüquqlarına sayğısızlıq etdi

”Azərbaycanın seçki komissiyası 26 sentyabr referendumunun nəticələrini qəbul etməklə öz tələblərini gözardı edib”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


”Azərbaycanın seçki komissiyası 26 sentyabr referendumunun nəticələrini qəbul etməklə öz tələblərini gözardı edib”

“Freedom House” hüquq-müdafiə təşkilatı Azərbaycanda 26 sentyabr referendumuyla bağlı bəyanat verib. Qurum bu açıqlamanı ciddi seçki pozuntularına baxmayaraq, Mərkəzi Seçki Komissiyasının (MSK) Konstitusiyaya dəyişiklikləri təsdiqləməsinə cavab olaraq yaydığını bildirir:

“Azərbaycanın seçki komissiyası 26 sentyabr referendumunun nəticələrini qəbul etməklə öz tələblərini gözardı edib. Bu nəticələr seçki qutularına topa bülleten atılması, prosedurlara etiraz edənlərin saxlanması və digər ciddi pozuntuların sənədləşdirilməsinə rəğmən, qəbul edilib”, – qurumun beynəlxalq proqramlar üzrə vitse-prezidenti

Robert Herman belə deyib:“Hökumət vətəndaşlarının təməl hüquqlarına sayğısızlığını sərgilədi”.

MSK sentyabrın 27-də bildirib ki, Konstitusiya dəyişikliklərini seçicilərin 90 faizindən çoxu dəstəkləyib.

Ana səhifəXəbərlərFreedom House: Hökumət vətəndaşlarının təməl hüquqlarına sayğısızlıq etdi