Freedom House: Azərbaycan hələ də azad mətbuatı olmayan ölkədir

Azərbaycan ”azad olmayan mətbuat” statusu ilə həmin ölkələr arasında sonuncu yerlərdən birini -189-cu yeri tutur

Source:


Azərbaycan ”azad olmayan mətbuat” statusu ilə həmin ölkələr arasında sonuncu yerlərdən birini -189-cu yeri tutur

Freedom House hüquq-müdafiə təşkilatı dünyada mətbuat azadlığının vəziyyətinə dair illik hesabat dərc edib.

Bu çoxsəhifəlik sənədə görə, dünyada media azadlığının səviyyəsi son 12 ildə ən aşağı həddə enib.

Hesabatda 199 ölkədə mətbuatın durumu qiymətləndirilir. Bu ölkələrdə mətbuat “azad”, “qismən azad” və “azad olmayan” kimi təsnif edilir.

Ümumilikdə, yer kürəsində əhalinin yalnız 13 faizinin azad mətbuata çıxış imkanı var. Adamların 41 faizi qismən azad mətbuatdan istifadə edir, 46 faiz isə “azad olmayan”mətbuata malikdir.

Belarus, Kuba, Ekvatorial Qvineya, Eritreya, İran, Şimali Koreya, Suriya, Türkmənistan və Özbəkistan mətbuatı ən azad olmayan mətbuatdır.

Ən azad mətbuat Norveç, Belçika, Finlandiya, İsveç, Danimarka, Lüksemburq, Hollandiya, Andorra, İsveçrə və Lixtenşteyndədir.

Azərbaycan “azad olmayan mətbuat” statusu ilə həmin ölkələr arasında sonuncu yerlərdən birini -189-cu yeri tutur.

Ermənistan 139-cu yerdədir və “azad mətbuatı olmayan ölkə”dir. Gürcüstan “qismən azad mətbuat”a malik ölkə kimi 96-cı, Rusiya isə “azad olmayan mətbuat”ı ilə 176-cı yerdədir.

Hesabatda deyilir ki, Azərbaycan, Rusiya və Tacikistan hakimiyyətləri “narazılıq platforması”nı yatırtmaqla mətbuat üzərində nəzarəti gücləndiriblər.

Azərbaycanda hakimiyyət korrupsiya ilə bağlı araşdırmalar aparan jurnalistlərə və KİV-ə təqibləri artırıb.



”Turan” IA

Ana səhifəXəbərlərFreedom House: Azərbaycan hələ də azad mətbuatı olmayan ölkədir