Ölkədə 3 günlük matəm elan olunub
Fransa prezidenti Fransua Olland Paris terrorunun arxasında İŞID-ın dayandığını bildirib.
Məlumatı Reyters agentliyi yayıb.
“Bu, müharibə aktıdır və arxasında terrorçular ordusu, İŞID, mücahidlər dayanır, hansı ki, Fransanın dəyərlərinə qarşı çıxırlar, biz bu dəyərlərlə bütün dünyanı müdafiə edirik”,- deyə Olland söyləyib.
Prezident terror nəticəsində 127 nəfərin öldüyünü deyib: “Hələ təsdiqlənmiş məlumat bundan ibarətdir”.
O, Fransada 3 günlük matəm elan edib.
İŞID noyabrın 14-də səhər saatlarında terrora görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib: “Nə vaxta qədər Paris Suriyanı bombalamağı dayandırmayıb, fransızlar yaşamayacaq”.
Paris şəhərinin prokurorluğu məlumat yayıb ki, 13 noyabrdan 14-nə keçən gecə baş verən terror nəticəsində 128 nəfər ölüb, 99 adam isə ağır durumdadır. Bütün Fransada fövqəladə vəziyyət elan olunub.