Fransalı jurnalist Azərbaycandan deportasiya olundu

Source:

Mayın 1-də Fransanın “İ-TeLe” telekanalının Moskva bürosunun reportyoru İrina Voloşina Bakıdan deportasiya edilib. O, hüquq müdafiəçisi Leyla Yunusun haqqında televiziya reportajı hazırlamaq məqsədilə səhər saat 5:00 reysilə Moskvadan Bakıya  gəlib. Sərhəd nəzarətinə çatmadan onu saxlayaraq təkrar təyyarəyə göndəriblər və heç bir açıqlama verməyiblər. İ.Voloşina səhər saat 10:00 reysilə Moskvaya yola salınıb.

Bu barədə “Turan İA”-a Leyla Yunus bildirib. Fransalı reportyor onunla telefon əlaqəsi saxlayıb. İ.Voloşinanın Fransa vətəndaşlığı var.

Ana səhifəXəbərlərFransalı jurnalist Azərbaycandan deportasiya olundu