Fransada yaşayan blogerin atasını buraxıblar, amma…

”Polis bacımın yoldaşını grov götürüb”

Source:
Məhəmməd Mirzəli


”Polis bacımın yoldaşını girov götürüb”

Fransada yaşayan video-bloger Məhəmməd Mirzəlinin atası yanvarın 13-də axşam saatlarında sərbəst buraxılıb. Ancaq bunun qarşılığında onun bacısının həyat yoldaşı Elman Ağayev özünü Göyçay Rayon Polis Şöbəsinə təhvil verib.

Bu barədə Məhəmməd Mirzəli Meydan TV-yə danışıb.

M.Mirzəli valideynlərinin ondan imtina etdiyini deyir:

“Əslində, polis bacımın yoldaşını girov götürüb. Bacımın yoldaşına deyiblər ki, hökumətə qarşı statuslarını silsin və üzr istəsin. Əks təqdirdə, bacımın yoldaşı narkotik ittihamı ilə 5 il azadlıqdan məhrum ediləcək. Atam mənimlə danışmaq istəmədi, deyir ki, sakit dayan, yoxsa Elmanı həbs edəcəklər. Bacımın yoldaşı işğal olunmuş Laçın rayonundan məcburi köçkündür”.

 Məhəmməd Mirzəli bildirib ki, o, geri addım atmayacaq:

“Fevralın 2-də Strastburqda Avropa Şurasının qarşısında aksiyada iştirak edəcəm və ailəmə qarşı qəddar təzyiqi ictimailəşdirəcəm”.

Yanvarın 13-də Fransada yaşayan azərbaycanlı video-bloger Məhəmməd Mirzəlinin atası Fazil Mirzəliyevi polis saxlayıb.

Bu barədə Meydan TV-yə Məhəmməd Mirzəli özü məlumat

verib.

Bildirib ki, yanvarın 13-də səhər saatlarında ona zəng edib, atasını həbs etdiklərini söyləyiblər:

“Atamla polis maşınında aparılarkən danışdım. Dedi: “Sən nə isə paylaşmısan, ona görədir”. Mən də ən son “ac çaqqalların əlinə düşmüş xalqım”, – başlıqlı karikatura paylaşmışam. Ona görə ola bilər. Deyir, əgər həmin paylaşımlar silinməsə, bacılarımı, anamı, yeznəmi də tutub polisə aparacaqlar. Mən həmin paylaşımları silmək niyyətində deyiləm”.

Ana səhifəXəbərlərFransada yaşayan blogerin atasını buraxıblar, amma…