“Airbus A 320” təyyarəsində 142 sərnişin, 6 heyət üzvü olub
Almaniyanın hava yolları Lufthansaya məxsus “Germanwings” hava yolu şirkətinin Barselonadan Düsseldorfa gedən təyyarəsinin Fransanın cənubunda qəzaya uğradığı bildirilir.
Lenta.ru saytının məlumatına görə, “Airbus A 320” təyyarəsində 142 sərnişin, 6 heyət üzvü olub. Son məlumata əsasən təyyarədə olan 148 nəfərin hamısı ölüb.
Almaniya xüsusi xidmət orqanlarının təmsilçisi Aksel Raab “RİA-Novosti”yə 154 nəfərin öldüyünü təsdiqləyib.
Təyyarə radarların ekranından saat 11.00-də itib.
Artıq Fransa prezidenti Fransua Olland da qəzanın baş verdiyini təsdiqləyib.
Airbus 320 ilk uçuşu 1987-ci ildə edib.