Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək
Aprelin 23-d’ Fransada keçirilən prezident seçkilərinin birinci turunun nəticələri açıqlanıb.
İlkin nəticələrə əsasən, sabiq iqtisadiyyat naziri, “En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makron 23,7, onun əsas rəqibi “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 21,7 faiz səs toplayıb.
Bu barədə Türkiyənin
“Hürriyət”
qəzeti yazır ki, sonra sıralarda sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon, “Fəth olunmamış Fransa” hərəkatının başçısı Jan-Lyuk Melanşon 18-20 faiz səs toplayıb.
Fransada birinci tur prezident seçkilərində 11 namizəd iştirak edir. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.