Fransa XİN: Türkiyə Qarabağda müharibənin bitməsi barədə bəyanatı qəbul etməlidir

“Türkiyənin aqressiv davranışı həmçinin Aİ-nin dekabrda keçiriləcək növbəti sammitində müzakirə olunacaq”

Source: AFP



“Türkiyənin aqressiv davranışı həmçinin Aİ-nin dekabrda keçiriləcək növbəti sammitində müzakirə olunacaq”

“Türkiyə Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Dağlıq Qarabağda müharibənin bitməsi barədə imzalanmış bəyanatı qəbul etməlidir, əks-halda Avropa İttifaqı Ankaraya münasibətdə əlavə sanksiyalar tətbiq edə bilər”. Bu haqda ölkə parlamentində çıxış edən Fransanın Xarici işlər naziri Jan-İv Le Drian bəyan edib.

Fransa XİN rəhbəri deyib ki, Türkiyənin aqressiv davranışı həmçinin Aİ-nin dekabrda keçiriləcək növbəti sammitində müzakirə olunacaq.

“Bundan əvvəl Avropa İttifaqının 27 ölkəsi qərar verib ki, Türkiyə öz davranışını dəyişməyəcəyi təqdirdə ona qarşı, sanksiyalar da daxil olmaqla, ölçü tədbiri görüləcək, bu variantlar artıq masanın üzərindədir”, – Le Drian söyləyib.

Ana səhifəSiyasətFransa XİN: Türkiyə Qarabağda müharibənin bitməsi barədə bəyanatı qəbul etməlidir