Fransa senatı hökuməti “Dağlıq Qarabağ”ı tanımağa çağırıb

O bildirib ki, Fransa hökuməti qətnaməni dəstəkləmir və onun qəbulu heç bir tərəf üçün xeyirli deyil.

Source: Specify Source


Hikmət Hacıyev: “Fransa Senatının qəbul etdiyi qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil”

Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağın müstəqilliyini tanımağın zəruriliyi ilə bağlı qətnamə qəbul edib. 1 nəfər əleyhinə, 30 nəfər bitərəf olmaqla 305 deputat qətnamənin lehinə səs verib.

Sənəd senatın müxalif “Respublikaçılar” fraksiyasının lideri Brüno Retayo tərəfindən hazırlanıb. Sənədə mərkəzçilərlə bərabər solçu fraksiyaçılar olan sosialistlər və ekoloqlar dəstək verib.

Bu barədə Rusiyanın“Novoya qazeta» saytı məlumatı

yayıb

.

Sənəddə 20 il əvvəl Fransanın erməni soyqırımını tanıdığı xatırlanır və hökumətə çağırış edilir ki, avropalı tərəfdaşlarıyla Türkiyəyə qarşı cavab addımları hazılasın və Dağlıq Qarabağ xalqına humanitar yardım edilsin.

Fransa hökumətində Avropa məsələləri naziri Yan Baptist Lemoyn qətnamənin səsə qoyulmasından əvvəl Senata müraciət edib. O bildirib ki, Fransa hökuməti qətnaməni dəstəkləmir və onun qəbulu heç bir tərəf üçün xeyirli deyil.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Fransa Senatının qəbul etdiyi qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil:

“Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur”.

Azərbaycan Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama

yayıb

:

“Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb. Azərbaycan Respublikasının Fransadakı Səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər. Görünür, Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə edirlər”.

406236227.jpg
XİN

XİN daha sonra vurğulayıb ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur:

“Lakin qətnamənin siyasi məna kəsb etdiyini nəzərə alaraq, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir.

Əlbəttə, onun da qeyd etməliyik ki, Fransa Respublikasının münaqişənin həlli ilə bağlı rəsmi mövqeyi dövlətin yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkə Prezidenti və Xarici işlər naziri tərəfindən səsləndirilib. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb. Fransanın Avropa və Xarici İşlər üzrə Nazirliyinin Senatda keçirilən müzakirələrdə çıxış edən dövlət katibi də rəsmi mövqeyi çıxışında ifadə etdi.

Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də bölgənin dayanıqlı inkişafına yardımçı olardı”.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır.

Noyabrın 20-də Ağdam, noyabrın 25-də isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-dək Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSiyasətFransa senatı hökuməti “Dağlıq Qarabağ”ı tanımağa çağırıb