Fransa inqilab gününü qeyd edir. Bayram tədbirində Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Azərbaycan hökuməti ilə ikitərəfli və Minsk qrupu çərçivəsində siyasi dialoqların intensiv aparıldığını bildirib. ” Cənab Olland və İlham Əliyev 2014-2016-cı illərdə Bakıda və Parisdə 4 dəfə, bu yaxınlarda Varşavada NATO-nun toplantısında görüşmüşdülər”.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev tədbirdə çıxış edərək bildirib ki, Fransa Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ötən il ölkələr arasındakı ticarət əlaqələri 1 milyard dollardan artıq olub. “Fransız investorlarının ölkə iqtisadiyyatına qoyduqları investisiyanın həcmi 2,4 ABŞ dollarını ötüb”.
Meydan TV-nin səfirə ünvanlandığı “Azərbaycanda siyasi, vicdan məhbuslarının olması Fransanı narahat edirmi” sualına cavabda xanım Orelia Buşez bildirib ki, “Təbii ki, insan hüquqları məsələsi də əsas prioritetlərdən biridir. Biz öz Avropalı həmkarlarımızla Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına dəstək göstəririk”.
1789-cu il ilin 14 iyulunda Bastiliya qalasının tutulması ilə Fransada inqilab baş verib. Bu gün Fransa xalqının milli bayramı kimi qeyd olunur.