”Fransa hədə altındadır”

Bu gün Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe jurnalistlərə Nitsa şəhərində baş vermiş terror aktı ilə bağlı açıqlama verib.

Səfir bildirib ki, Fransa təhdidlərdən qorxmur: “Nitsadakı terror hücumunun istintaq davam edir. Fransa təslim olmayacaq və terrorizmə qarşı mübarizəni davam etdirəcək”.

O, həmçinin dəstəyə görə Azərbaycanın ölkə başçısına da təşəkkürünü bildirib.

“Deyirlər, dost dar gündə tanınar. Biz Azərbaycanda bunun şahidi olduq. Prezident İlham Əliyev, onun həyat yoldaşı və digər rəsmi şəxslər dəstəklərini nümayiş etdirdi. Buna görə Azərbaycana təşəkkür edirəm. Bu, münasibətlərimizin, dostluğumuzun, multikulturalizm və dini fanatizmə qarşı mübarizədə əlaqələrimizin göstəricisidir”, – deyə səfir bildirib.

Aureliya Buşe bu gün 12:00-da Fransada və bu ölkənin dünyadakı səfirliklərində Nitsa terror aktının qurbanları bir dəqiqəlik sükutla anıldığını söyləyib.

Ana səhifəVideo”Fransa hədə altındadır”