“Fövqəladənin yanğın söndürənləri susuz gəlmişdi”

“Fövqəladənin yanğın söndürənləri susuz gəlmişdi”

Fariz Həsənovun bəxtinə yüzlərlə kül olmuş ayaqqabılar içində iki dənə ələ gələsi mal düşüb.

7 ildir işlədiyi dükan bir göz qırpımında külə çevrilib.

"Bir az malımız var idi, bir az da nisyə gətirmişdik. Hamısı yandı, kül oldu. Heç nə qalmayıb", – icarədar Yalçın Məmmədov deyir.

Söhbət martın 26-da "Diqlas" Ticarət Mərkəzində başlayan yanğında gedir. Ticarət Mərkəzini külə çevirən yanğın yaxınlıqdakı dükanlardan da yan keçməyib.

""Diqlas" Ticarət Mərkəzi yanan zaman hamı paltarlarını yolun ortasına daşıyıb. Oradan alov da keçib bizim mağazalara. Deyirlər "Diqlas" yanıb, amma kənar dükanlara da ziyan dəyib", – icarədar Ceyhun Cəfərovun sözləridir.

İcarədarlar onlara 200 min manatdan çox ziyan dəydiyini deyirlər. Həmçinin təkcə "Diqlas"dakı sahibkarların önə çəkildiyini, onlarla maraqlanmadıqlarından danışırlar.

Ana səhifəVideo“Fövqəladənin yanğın söndürənləri susuz gəlmişdi”