Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi ağacları qırır (VİDEO)

Artıq üç həftədən çoxdur ki, Yasamal rayonu Mirəli Seyidov küçəsi 41 ünvanında yerləşən binanın yaşıllıq sahəsi məhv edilərək, obyekt inşa edilir. Həyətimizi, uşaqların, qocaların istirahət yerini zəbt etməsi azmış kimi video çəkilişdən də göründüyü kimi gecə səhərədək ağır texnika həyətdə tikinti işləri aparır deyə şikayətçi bildirib.

Bununla bağlı rahatlığı pozulan sakinlər iş icraçılarına dəfələrlə iradını bildirsə də Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iş icraçıları ilə söhbət etdikdən sonra obyektin Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi kimi təqdim edilən Hüseyn adlı məxsus olduğunu qeyd edib və tikintini dayandırmayacaqlarını bildiriblər.

Sakinlərin dediyinə görə artıq üç həftədir ki, ərazidə səhərə qədər ağır texnika işləyir. Hər birimizin konstitusion hüququmuz olan “istirahət” hüququmuz kobud şəkildə pozulur deyə şikayətçilər bildirib.

Ana səhifəVideoFövqəladə Hallar Nazirliyinin şöbə rəisi ağacları qırır (VİDEO)