Rusiya vətəndaşının pulunu oğurlayıblar
Bakıda məşhur “Four seasons” hotelinin nömrələrindən birində oğurluq olub.
“Report”un xəbərinə görə, hoteldə müştəri olan Rusiya vətəndaşı, 26 yaşlı Yuliya Deryabina polisə müraciət edərək ona məxsus 250 dollar ve 10000 rus rublunun naməlum şəraitdə oğurlandığını bildirib.
Hazırda faktla bağlı araşdırma aparılır.