”Formula 1” yarışına görə evlərinə piyada getdilər

“Formula 1” yarışlarına görə həm piyadalar, həm də sürücülər yolların dəyişməli olurlar. Bununla bərabər 18 avtobusun marşrutu dəyişdirilib. Bu məhdudiyyət 26 iyuna qədər davam edəcək.

Yola çıxıb evlərinə qayıda bilməyən sakinlər isə yola piyada düzəlirlər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, “Formula 1” yarışlarına görə Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Azneft meydanı, Neftçilər prospekti üzrə avtomobillərin istifadəsinə məhdudiyyət qoyulub.

Yarışların keçirildiyi ərazi 3 zonaya bölünüb. Vaqif Əsədov bildirib ki, həmin zonalarda yaşayan şəxslərin avtomobillərinə xüsusi buraxılış və fərqlənmə nişanları veriləcək. Bu yoldan istifadə edə bilməyənlər isə yarışların bitməsini gözləyəcək. Formula 1 yarışları iyunun 23-dən 25-nə qədər keçiriləcək.

Ana səhifəVideo”Formula 1” yarışına görə evlərinə piyada getdilər