”Formula-1” üzrə Avropa Qran-prisinin qalibi məlum oldu

Qalib ”Mercedes” komandasından Niko Rosberqdir

Source:


Qalib ”Mercedes” komandasından Niko Rosberqdir

“Formula-1” üzrə Avropa Qran-prisi başa çatıb.

Apasport.az saytının məlumatına görə, 11 komandadan 22 pilotun qatıldığı 8-ci mərhələ əsas yarışla yekunlaşıb.

Avropa Qran-prisinin qalibi “Mercedes” komandasından Niko Rosberq olub. 1 saat 32 dəqiqə 52 saniyə davam edən yarışın qalibi 8 mərhələdən sonra lider olan Rosberq dövrəni ən tez, 1:48,942 dəqiqəyə qət edib. İkinci yeri ”Ferrari” komandasından Sebastian Fettel ( 1:48, 921) tutub. İlk üçlüyü isə “Force İndia”dan Serxio Peres qapayıb. Onun nəticəsi 1:48,269 dəqiqə olub. S. Peresin cəriməsi olduğu üçün o, 3-cü olub.

Rəsmi məlumatlara görə, bu yarışı izləmək üçün ölkəyə 15000 turist gelib. Ümumilikdə 2 milyon bilet satılıb ki, bunun da 70 faizini Azərbaycan vətəndaşları alıb. Statistik məlumatı öz Facebook səhifəsində təhlil edən ictimai fəal Mətin Rəhimli yazıb: “Adi riyazi hesablama göstərir ki, bilet alan xaricilərin sayı ən yaxşı halda 3 min nəfərdir. Belə çıxır ki, 12 min turist təyyarə bileti alıb, mehmanxanada yer götürüb ki, yarışları “İdman Azərbaycan” kanalından izləsin”.

Ana səhifəXəbərlər”Formula-1” üzrə Avropa Qran-prisinin qalibi məlum oldu