Formula 1-in sahibi Azərbaycanı tənqid etdi

Greg Maffei ölkəni yarışlardan təqvimi doldurmaq üçün istifadədə ittiham edib

Source:
Greg Maffei foto BBC-Azərbaycanca
Greg Maffei foto BBC-Azərbaycanca


Greg Maffei ölkəni yarışlardan təqvimi doldurmaq üçün istifadədə ittiham edib

“Azərbaycan uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmir”.

Bunu Formula 1-in sahibi, Liberty Medianın rəhbəri Azərbaycan Grand Prix-i barəsində danışarkən deyib.



BBC-Azərbaycanca

“-nın məlumatına görə, ötən həftə baş tutan konfranslardan birində Greg Maffei Azərbaycanı, yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib.

Onun sözlərinə görə, yeni yarışlara imza atmağın arxasında bunlar dayanır:

“Daha nə qədər qazana bilərəm? İlkin ödəniş nə qədərdir? Və beləliklə, Bakı kimi şəhərlərdə yarış üçün bizə böyük məbləğdə pul ödənir, lakin onlar uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmirlər. İşimiz, yaxşı pul ödəyən partnyor tapmaqla yanaşı, həm də onların bizim məhsulu inkişaf etdirmək üçün köməyindən ibarətdir”.

“BBC Azərbaycanca” yazır ki, on milyonlarla dollar xərcləyən müştəri haqqında bu cür nüfuzlu şirkətin böyüyünün hörmətsiz ifadələr istifadə etməsi qeyri-adidir.

Azərbaycan Grand Prix-i üçün ilkin dəyərin 34 milyon dollar olduğu deyilir və bu, cənab Maffei-in sələfi Bernie Ecclestone-un həyata keçirdiyi fərasətli strategiya ilə idarə olunub.

Azərbaycanda ilk Grand Prix paytaxt Bakının küçələrində keçən ilin iyun ayında baş tutub və yarışı “Mercedes” sürücüsü Nico Rosberg qazanıb.

Bakı ilə F1 müqaviləsi beş illik fasilə ilə 10 illik imzalanıb və keçən ay “Formula 1” yarışlarının təşkilatçısı “Bakı Grand Prix” şirkətinin rəhbəri Arif Rəhimov bildirib ki, bu artıq öz bəhrəsini verməyə başlayıb. Arif Rəhimov ötən ilin ilk yarısında Azərbaycana olan turist axını 20 dəfə artdığını qeyd edib.

Maffei bunun F1 üçün kifayət göstərici olmadığını deyib.

“İşimiz, yaxşı pul ödəyən partnyor tapmaqla yanaşı, həm də onların bizə məhsulu inkişaf etdirmək üçün köməyindən ibarətdir. Yaxşı təcrübə tətbiq etmək isə bizim üzərimizə düşür. Bəzi yarışlar ən həyəcanlılardan hesab olunur: Abu Dabi, Sinqapur gecə yarışı, Mexiko. Bu yarışlarda yaxşı gedən nədir? Biz daha az uğur qazanan şəhərlərdəki təbliğatçılar ilə yaxşıların təcrübəsini paylaşmalıyıq.

“Bunlar həqiqətdir. Kömək etmək, həm bizim öhdəmizə düşür, lakin həm də söhbət yeni qoşulanın tanınmasından gedir, bu barədə onların deyəcəyi ilk söz “Mən ki çox pul ödəyirəm” olacaq. Bu, bir az səs-küyə səbəb olacaq, fəqət, biz, söz-söhbəti yatırmaq və onlara kömək etmək üzərində işləyirik”.

Ana səhifəXəbərlərFormula 1-in sahibi Azərbaycanı tənqid etdi