“… Formal İşçi Qrupları yaratmaqdansa siyasi məhbusları azad edin”

“Problemin həlli əvəzinə görüntü yaratmağa və vaxt qazanmağa hesablanmış belə qurumların yaranması hazırkı vəziyyətə və şəraitə qeyri- münasibdir”

Source:


“Problemin həlli əvəzinə görüntü yaratmağa və vaxt qazanmağa hesablanmış belə qurumların yaranması hazırkı vəziyyətə və şəraitə qeyri- münasibdir”

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı yeni yaradılan İnsan Haqları üzrə İşçi Qrupla bağlı bəyanat qəbul edib. Alyans siyasi məhbus probleminin həlli istiqamətində atılan bütün addımları dəstəklədiyini bildirərək Avropa Şurasının baş katibi Turbyern Yaqlandanın təşəbbüsü ilə İnsan Haqları üzrə İşçi Qrupun yaradılması ideyasını təqdir etdiklərini diqqətə çatdırıb: “Lakin təəssüflə bildirməliyik ki, Qrupun formalaşmasında ciddi narahatlıq doğuran bəzi amillər var ki nəzərdə tutulan ideyanın həyata keçməsinə, ugurlu nəticənin əldə olunmasına əsaslı şübhələr yaradır”.

Bu baxımdan alyans narahatlıq doğuran məqamları sadalayıb: “İşçi Qrupu cəmiyyətdən gizli və qapalı formalaşdırılıb, bu proses açıq, şəffaf və obyektiv keçirilməyib; İşçi Qrupunun məqsədi, məramı, fəaliyyət prinsipləri və statusu aydın deyil,  mücərrəddir; İşçi Qrupuna üzv seçmək və seçilmək prosedurları  aydın və ədalətli təşkil edilməyib; Daha çox siyasi məhbus probleminin həlli üçün yaradılan İşçi Qrupunun adı, formatı, fəaliyyət prinsipləri  qurumun qarşıya qoyduğu məqsədlərə adekvat deyil; Hakimiyyət yetkillilərinin rəhbərlik etdiyi İşçi Qrupun tərkibi əsasən iqtidar və iqtidar yönlü şəxslərdən təşkil olunub ki, onların əksəriyyəti ölkədə siyasi məhbus probleminin olmadığını iddia edirlər; İşçi Qrupun hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoq məqsədilə yaradıldığı bəyan edilsə də əslində bu, hökümətin özü- özü ilə dialoq-monoloq cəhdidir; İşçi Qrupunun tərkibinə müstəqil vətəndaş cəmiyyətinin, eləcə də həbsdə olan siyasi məhbusların əksəriyyəti etimadsızlıq göstərir; Ölkədə real şəkildə insan haqları və siyasi məhbus problem ilə məşğul olan aparıcı müstəqil hüquq müdafiəçiləri quruma daxil edilməyib; Araşdırmaçı jurnalist Xədicə İsmayılın İşçi Qrupa dəvət edilib sonradan onun qurumda fəaliyyətinə imkan verilməməsi Qrupun fərqli fikirliliyə açıq olmadığını göstərir və s. Qeyd olunan və olunmayan bəzi məqamlar onu göstərir ki, yeni formalaşan İşçi Qrupun Azərbaycanda insan haqlarının qorunmasına, siyasi məhbus probleminin həllinə obyektiv və ədalətli yanaşacağı inandırıcı deyil. Əslində görünən və mövcud olan problemin həlli əvəzinə görüntü yaratmağa və vaxt qazanmağa hesablanmış belə qurumların yaranması hazırkı vəziyyətə və şəraitə qeyri- münasibdir”.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı bildirir ki, 100-dən çox siyasi məhbusu həbsxanalarda girov saxlayan hakimiyyət öz nəzarətində olan parlamentarilərin, məmurların və hüquq- müdafiə təşkilatlarının iştirakı ilə formal qurumlar yaratmaqdansa bir başa problemin həllinə başlaması, həbsdə olan ictimai-siyasi, hüquq müdafiə, dini, jurnalist  və s. fəaliyyətinə görə həbs olunanları dərhal azadlığa buraxması daha düzgün və real olardı.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı hakimiyyəti formal İşçi Qrupları yaradaraq yerli və beynəlxalq təzyiqlərdən, qınaqlardan qorunmaq, vaxt qazanmaq və görüntü yaratmaq siyasətindən əl çəkməyə, ölkədə real şəkildə insan haqlarının qorunması, qanunsuz həbsdə olan siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxılması üçün təxirə salınmaz addımlar atmağa çağırır.

Ana səhifəXəbərlər“… Formal İşçi Qrupları yaratmaqdansa siyasi məhbusları azad edin”