Mənbə: APA

Flora Kərimovaya “Şərəf” ordeni təqdim edildi

Təqdimat mərasimi Milli İncəsənət Muzeyində baş tutub

Milli İncəsənət Muzeyində bir qrup mədəniyyət və incəsənət xadiminin mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Mədəniyyət Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Prezident İlham Əliyevin sərəncamı ilə “İstiqlal”, “Şərəf” ordenləri və digər fəxri adlarla təltif edilən mədəniyyət və incəsənət xadimlərinə mükafatların vəsiqə və medalları verilib.

Xalq artistləri Xuraman Qasımova “İstiqlal”, Flora Kərimova “Şərəf” ordeni ilə təltif olunublar.

Tədbirdə həmçinin Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bir qrup əməkdaşına da mükafatlar təqdim edilib.

Prezident İlham Əliyevin iyulun 31-də imzaladığı sərəncamla Xalq artisti Flora Kərimova Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/npvczs

Ən çox baxılan