Flora Kərimova: “Yubiley keçirməyə haqqım yoxdur”

“Hansısa ana küncə qısılıb şəhid balasını ağlayır”.

Source:


"Şəhid analarının gözü yaşlıdır"

“Bu il yubileyimdir, səksən yaşım tamam olur. Lakin düşünürəm ki, yubiley keçirməyə haqqım yoxdur”.

Xalq artisti Flora Kərimova Meydan TV-yə belə deyib.

“Şəhid analarının gözü yaşlıdır. Hansısa ana küncə qısılıb şəhid balasını ağlayır. Mən də burada yubiley, doğum günü qeyd edirəm. Belə hərəkət mənə aid deyil. Balalarını ağlayan şəhid anaları çoxdur”, – sənətçi qeyd edib.

Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda doğulub.

Azərbaycanın estrada, muğam və opera müğənisidir.

Əllidən çox filmin musiqisini ifa edib. Həmçinin “Qanun naminə” (1968), “Toyda görüş” (1970), “Həyat bizi sınayır” (1972), “Yollar görüşəndə…” (1979), “Arşın mal alan” (2002), “Qayınana” (2018) filmlərinə çəkilib.

Flora Kərimova ictimai-siyasi fəaliyyəti ilə də seçilib.

Ana səhifəMədəniyyətFlora Kərimova: “Yubiley keçirməyə haqqım yoxdur”