Fiziki şəxslərə gəlir vergisi ilə bağlı tətbiq olunan güzəştlər qüvvəyə minib

2016-cı il yanvarın 1-dən idman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulacaq

Source:


2016-cı il yanvarın 1-dən idman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulacaq

Yanvarın 1-dən Azərbaycanda gəlir vergisi ilə bağlı güzəşt tətbiq edilən fiziki şəxslərin əhatə dairəsi genişləndirilir.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.

İndiyə qədər fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 250 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 3000 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olub. 2016-cı il yanvarın 1-dən isə fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30000 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad ediləcək.

2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manatdır.

Yanvarın 1-dən Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlar da gəlir vergisinə cəlb olunur.

Bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.

Beləliklə, 2016-cı il yanvarın 1-dən idman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulacaq.

Ana səhifəXəbərlərFiziki şəxslərə gəlir vergisi ilə bağlı tətbiq olunan güzəştlər qüvvəyə minib