”Finca Azərbaycan”dan 13 milyon 530 min manat zərər

Bankın cəmi kapitalı isə 40 milyon manatdan 26,5 milyon manata düşüb

Source:


Bankın cəmi kapitalı isə 40 milyon manatdan 26,5 milyon manata düşüb

“Finca Azərbaycan” Bank Olmayan Kredit Təşkilatı 2015-ci ili 13 milyon 530 min manat zərər ilə başa vurub. Bu təşkilatın Azərbaycanda indiyədək etdiyi ən böyük zərərdir.

Təşkilat 2014-cü ildə 8 milyon 120 min manat xalis mənfəət açıqlamışdı.

“Marja” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il təşkilatın faiz gəlirləri 63 milyon 306 min manat təşkil edib. Finca gəlirinin 17 milyon 363 min manatını kreditlər üzrə yaradılan ehtiyata ayırb. “Finca Azərbaycan” 2014-cü ildə kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatlara daha az – cəmi 2 milyon 571 min manat ayırmışdı. 2015-ci ildə ehtiyatlara daha çox vəsaitin ayrılması təşkilatda problemli kreditlərin artdığına işarə edir.

Bankın əməliyyat gəliri 25 milyon 750 min manat olub. Lakin 39 milyon 606 min manatlıq inzibati və digər əməliyyat xərclərinə görə təşkilat böyük zərər edib.

Ötən il təşkilatın cəmi aktivləri 221 milyon 230 min manatdan 230 milyon 609 min manata yüksəlib.

Bankın cəmi kapitalı isə 40 milyon manatdan 26,5 milyon manata düşüb.

Ana səhifəXəbərlər”Finca Azərbaycan”dan 13 milyon 530 min manat zərər