”Financial Times” Corc Sorosu ilin adamı elan edib

Amerikalı milyarder liberal demokratiyanın simvolu seçilib

Source:
Corc Soros
Corc Soros


Amerikalı milyarder liberal demokratiyanın simvolu seçilib

Britaniyanın “Financial Times” nəşri məşhur investor və filantrop Corc Sorosu ilin adamı elan edib.

Nəşr bildirib ki, 2018-ci ildə siyasətdə populist tendensiyaların inkişafı fonunda Soros liberal demokratiyanın və açıq cəmiyyətin simvolu olub.

“Financial Times” seçimini Sorosun bölüşdüyü insan hüquqları, şəffaflıq, mətbuat azadlığı dəyərləri ilə, avtoritar rejimlərlə, rasizmlə və dözümsüzlüyə qarşı mübarizəsi ilə izah edib.

“Financial Times” Sorosun dəyərlərinin ABŞ və Rusiya prezidentləri Tramp və Putinin dəyərlərinə qarşı olduğunu qeyd edib.

Sorosun 88 yaşı var. Macarıstanda anadan olan C.Soros 17 yaşında bu ölkəni tərk edib. Londonda iqtisadiyyat məktəbini bitirib. Təhsillə parallel olaraq ofisiant və yük daşıyan işləyib. Sonradan ABŞ-a köçən gələcək milyarder “Quantum” fondu yaradıb və tarixdə ən uğurlu alver edən oyunçu kimi tanınıb.

C.Soros xeyriyəçilik fəaliyyətinə 1979-cu ildə Cənubi Afrika Respublikasında başlayıb.

2018-ci ilin oktyabr ayında ABŞ demokrat partiyasının ən böyük sponsorlarından və Trampı ilk tənqid edən şəxslərdən olan C.Sorosa partlayıcı qurğu yerləşdirilən qutu göndəriblər.

“Forbes” jurnalının məlumatına görə, C.Sorosun 8,3 milyard dollar dəyərində sərvəti var və o, ABŞ-ın 400 varlı adamı arasında 60-cə yerdədir. Dünyada milyarderlər arasında C.Soros 190-cı yerdədir.

Ana səhifəXəbərlər”Financial Times” Corc Sorosu ilin adamı elan edib