Fikrət Hüseynlinin azad edilməsi tələb olundu

”Azərbaycan öz siyasi opponentlərini təqib etmək üçün İnterpoldan sui-istifadə edir”

Source:


”Azərbaycan öz siyasi opponentlərini təqib etmək üçün İnterpoldan sui-istifadə edir”

Freedom House təşkilatı rəsmi Kiyevi Azərbaycan hökumətinin İnterpoldan “Qırmızı Vəsiqə” xahişi əsasında Ukraynada saxlanılmış Fikrət Hüseynlini dərhal azad etməyə çağırıb.

“Turan” agentliyinin verdiyi məlumata əsasən, təşkilatın Avrasiya proqramları direktoru Mark Behrendt bəyan edib ki,

 İnterpola təqdim olunan order Azərbaycan hökumətinin kriminal fəaliyyətə qarşı mübarizəsini yox, jurnalistləri təqibini əks etdirir.  “Huseynliyə qarşı ittihamlar göstərir ki, Azərbaycan və başqa avtoritar hökumətlər İnterpol sistemindən öz siyasi opponentləri, jurnalistlər və başqa insan haqları fəallarına qarşı təqib məqsədilə sui-istifadə edirlər”.

Behrendt əlavə edib ki, İnterpol beynəlxalq hüquq-mühafizə təşkilatı olaraq hər bir “Qırmızı Vəsiqə” xahişini təsdiq etməzdən öncə araşdırmalıdır.

Fikrət Hüseynli 2008-ci ildə Azərbaycandan mühacirət edib. Hollandiyada siyasi sığınacaq alan Hüseynli sonradan bu ölkənin vətəndaşı olub.

Fikrət Hüseynli oktyabrın 14-də Ukraynadan Almaniyanın Düsseldorf şəhərinə yola çıxarkən Kiyevin Borispol hava limanında saxlanılıb. O, bir neçə gün Ukraynanın paytaxtında qaldıqdan sonra oktyabrın 17-də Borispol Şəhər Məhkəməsi jurnalist barəsində 18 günlük həbs-qətimkan tədbiri seçib.

Hüseynlinin Azərbaycan tərəfinin İnterpola verdiyi təqdimat əsasında saxlanıldığı deyilir. Azərbaycan tərəfinin jurnalisti Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham etdiyi bildirilir.

Jurnalistin özü isə ittihamları rədd edib.

Ana səhifəXəbərlərFikrət Hüseynlinin azad edilməsi tələb olundu