Fikrət Fərəməzoğlunun xanımının maşını yanıb

“Yanğınsöndürənə zəng edənin nömrəsinə zəng etsəm də, həmin nömrə təyin edilməyib”

Source:


“Yanğınsöndürənə zəng edənin nömrəsinə zəng etsəm də, həmin nömrə təyin edilməyib”

Həbsdə olan jurnalist Fikrət Fərəməzoğlunun xanımı Faiqə Nosrətinin maşını yanıb. Bu barədə “criminal.az” saytına F.Nosrətinin özü məlumat verib.

O deyib ki, iki gün əvvəl idarə etdiyi maşında müəmmalı şəkildə yanğın baş verib:

”İki gün əvvəl Fikrətə göndərmək üçün bazarlıq etməyə gedirdim. Nərimanov rayonu ərazisində, Çerment körpüsünün üzərində maşınının yanacağı qurtardı. Maşını tərk edib benzin almağa getdim. Geri qayıdanda gördüm ki, adamlar toplaşıb, yanğınsöndürən gəlib. Maşınımın mühərrik hissəsi tamamilə yanıb. Yanğınsöndürənlər yanğının qarşısını alıblar. Maşında benzin olsaydı, bəlkə də maşın tamamilə yanacaqdı”.

F.Nüsrətinin sözlərinə görə, işlək vəziyyətdə və yanacağı olmayan maşının qəflətən yanması onda şübhələr yaradır: ”Maraqlısı odur ki, yanğınsöndürənə zəng edənin nömrəsinə zəng etsəm də, həmin nömrə təyin edilməyib. Hələlik yanğının səbəbi məlum deyil. Ekspertiza və labaratoriyanın nəticəsindən sonra yanğının səbəbi bilinəcək”.

Fikrət Fərəməzoğlu “jam.az” saytının baş redaktoru olub.

Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

O, 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib və həmin vaxt “24 saat” qəzetinin baş redaktoru kimi, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər naziri Ramil Usubovun iddiası üzrə məhkəməyə çəkilib. Məhkəmə jurnalistə, bir il şərti həbs cəzası kəsibmiş.

Hadisə yerindən
Hadisə yerindən
Ana səhifəXəbərlərFikrət Fərəməzoğlunun xanımının maşını yanıb