Fikrət Fərəməzoğlunun şikayəti Avropa Məhkəməsinə göndəriləcək

Nərimanov rayon Məhkəməsinin 07.09.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanıldı

Source:


Nərimanov rayon Məhkəməsinin 07.09.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanıldı

Sentyabrın 14-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə Fikrət Fəraməzoğlunun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan əvəz edilməsindən imtina olunması haqqında Nərimanov rayon Məhkəməsinin 07.09.2016-cı il tarixli qərarından verdiyim apellyasiya şikayətinə baxılıb.

Bu barədə vəkil Elçin Sadıqov Meydan TV-yə bildirib ki, apellyasiya şikayəti təmin olunmayıb: “Nərimanov rayon Məhkəməsinin 07.09.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanıldı. Bu qanunsuz qərardan Avropa Məhkəməsinə şikayət edəcəyik”.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda iddia olunur ki, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu “JAM.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib: “Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb”.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərFikrət Fərəməzoğlunun şikayəti Avropa Məhkəməsinə göndəriləcək