Fikrət Fərəməzoğlunun məhkəməsi başladı

Jurnalistin barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilmədi

Source:
Fikrət Fərəməzoğlu foto sosial şəbəkə
Fikrət Fərəməzoğlu foto sosial şəbəkə


Jurnalistin barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilmədi

Noyabrın 22-də “Jam.az” satyının həbsdə olan rəhbəri Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Eldar Mikayılovun sədrlik etdiyi iclasda F. Fərəməzoğlunun anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov müvəkkilinin cinayət əməli törətməsini sübut edən heç bir faktın olmadığını və istintaq zamanı onun müdafiə hüququnun kobud şəkildə pozulduğunu deyib. Vəkil vəsatət qaldıraraq cinayət işinə xitam verilməsini tələb edib.

E.Sadıqov bu vəsatət təmin edilməyəcəyi halda onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası dekabrın 6-na təyin edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu “JAM.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib: “Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb”.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib. Məlumata görə, ilkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub. Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət İbişbəylinin onlara qarşı analoji cinayətlər törətdiyi barədə müraciətlər ediblər.

Ana səhifəXəbərlərFikrət Fərəməzoğlunun məhkəməsi başladı