Fikrət Fərəməzoğlunun apelyasiya şikayətinə baxılır

Hakim vəkilin heç bir vəsatətini təmin etməyib

Source:
Fikrət Fərəməzoğlu, foto: meydan.tv
Fikrət Fərəməzoğlu, foto: meydan.tv


Hakim vəkilin heç bir vəsatətini təmin etməyib

Avqustun 28-də Bakı Apelyasiya Məhkəməsində “Jam.az” saytının rəhbəri, jurnalist Fikrət Fərəməzoğlunun 7 il azadlıqdan məhrum edilməsi haqda hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Meydan TV-nin məlumatına görə,ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib. İclasda vəkil Elçin Sadıqov müvəkkilinin yanında əyləşməsi, əlavə şahidlərin dindirilməsi ilə bağlı bir sıra vəsatətlər verib. Məhkəmə vəsatətləri təmin etməyib. Prosesin baxış iclası sentyabrın 11-nə təyin edilib

Şikayəti vəkil Elçin Sadıqov və Cavad Cavadlı verib. Onlar F.Fərəməzoğlu barəsində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsilə ittiham olunur. O, müxtəlif restoran, iaşə obyektlərinin sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır. Amma jurnalist ittihamı qəbul etmir, “restoran”, “masaj salonu” adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir.

İyunun 14-də jurnalist 7 il azadlıqdan məhrum edilib.

F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt daxili işlər naziri Ramil Usubov şərəf və ləyaqətini ləkələdiyi üçün jurnalisti məhkəməyə vermişdi. Nəticədə jurnalistə bir il şərti həbs cəzası kəsilmişdi.

Ana səhifəXəbərlərFikrət Fərəməzoğlunun apelyasiya şikayətinə baxılır