Fikrət Fərəməzoğlu ilə bağlı ilk istintaq hərəkəti aparılıb

Vəkil: ”İşgəncə faktı ilə bağlı Baş Prokurorluqdan gəlib Fikrət Fəraməzoğlunu dindiriblər və o işgəncə barədə ətraflı ifadə verib”

Source:
Fikrət Fərəməzoğlu foto sosial şəbəkə


Vəkil: ”İşgəncə faktı ilə bağlı Baş Prokurorluqdan gəlib Fikrət Fəraməzoğlunu dindiriblər və o işgəncə barədə ətraflı ifadə verib”

Oktyabrın 18-də vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Fikrət Fəraməz oğlu İbişbəyli ilə görüşüb.

Bu barədə vəkilin özü “Facebook” səhifəsində məlumat yayıb:

“Həbsdə saxlanılmasının 4-cü ayının bitməsinə azı qalmış onunla ilk istintaq hərəkəti – əlavə dindirmə aparıldı. Ona CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə yeni məzmunlu absurd ittihamlar irəli sürüldü. İttiham kökündə onun sözlərinə azadlığı durur. İttihamlar əsasında ölkədə əxlaqsız yuvalar təşkil edilməsi barədə Fikrət İbişbəylinin yazıları durur. Obyekt sahibləri şikayət ediblər ki, Fikrət Fəraməzoğlu yazıları qərəzlidir, yalandır, onların şərəf və ləyaqətini ləkələyir və Fikrət Fəraməzoğlu bu yazıları onlardan pul tələb etmək məqsədilə yazıb. Lakin ortada pul tələb edilməsi ilə bağlı heç bir sübut yoxdur.

Biz istintaq qarşısında Fikrət Fəraməzoğlunun obyekt işləyənlərlə görüşməməsini sübut etmək üçün Fikrətin və onların mobil telefon lokalizasiyalarının, danışıqların ələ keçirilməsi, İbişbəyli Fikrətin cibinə qoyulan pulların üzərindəki əl-barmaq izlərinin çıxarılması və kimə məxsus olduğunun müəyyən edilməsi, Fikrət Fəraməzoğlunun tutulduğu ərazinin TŞ kamera lent yazılarının tələb edilməsi barədə vəsatət qaldırdıq”.

Vəkil deyir ki, işgəncə faktı ilə bağlı Baş Prokurorluqdan gəlib Fikrət Fəraməzoğlunu dindiriblər və o işgəncə barədə ətraflı ifadə verib.

Ana səhifəXəbərlərFikrət Fərəməzoğlu ilə bağlı ilk istintaq hərəkəti aparılıb